Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu Ramazan bayramında bayram namazının qılınıb qılınmayacağı ilə bağlıdır.
Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Lent.az-ın sorğusuna cavabında bildirib ki, bu il də Ramazan bayramı ötən il olduğu kimi pandemiya dövrünə təsadüf edir:
Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay
“Keçən il Operativ Qərargahın qərarına əsasən məscidlər müvəqqəti olaraq bağlanmışdı. Bu il də məscidlər bağlı olduğuna görə namazlar onlayn şəkildə qılınacaq. Yəni, bayram namazı məscidlərdən canlı olaraq yayımlanacaq. Vətəndaşlar da evlərində bunu izləyərək bayram namazını qıla bilərlər”.
Hacı Surxay Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının məsləhətinə uyğun olaraq, bu il fitrə zəkatının minimum 5-10 manat civarında olacağını bildirib: “Ola bilər ki, bir insan ailə başına 25-30 manat verə bilər. Bu onun maddi durumundan asılıdır. Bu gün bazarda 3 manata da, 25 manata da kişmiş, xurma satılır. Kimin imkanı hansına çatırsa, onu da alır. Yəni, hər kəs maddi vəziyyətdən asılı olaraq hərəkət edir. Fitrə zəkatı da bayram axşamı çıxmalıdı və ehtiyacı olan insanlara verilməlidir”.