Baş Prokurorluq Zəngilanda konfrans keçirir - YENİLƏNİB
05 noyabr 2025 10:17 (UTC +04:00)

Baş Prokurorluq Zəngilanda konfrans keçirir - YENİLƏNİB

0

"Azad olunmuş ərazilərdə prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr düşür".

Lent.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

Kamran Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə hüquq qaydasının qorunması,  qanunların düzgün icrasına nəzarət, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, həmçinin dövlət maraqlarının qorunması bu vəzifələrin əsas istiqamətlərini təşkil edir:

"Bu məqsədlə Baş Prokurorluq tərəfindən kompleks tədbirlər həyata keçirilir. Azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyəti bərpa olunmuş, kadr təminatı gücləndirilib əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb".

***
09:45

Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans təşkil olunub.

Lent.az xəbər verir ki, iştirakçılar Ulu Öndər Heydər Əliyevin Zəngilan rayonunun Ağalı kəndində ucaldılmış büstünü və Zəngilan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək gül dəstələri qoyublar, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Hazırda konfrans davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 482

Oxşar yazılar