Bakı nəqliyyat problemləri
12 mart 2021 16:34 (UTC +04:00)

Bakı nəqliyyat problemləri

Bakının mərkəzi küçələrindəki yol problemləri aradan qalxdı - VİDEO

Bakı şəhərində istər piyadalar, istərsə də, sürücülər üçün münbit nəqliyyat şəraitinin yaradılması üçün Bakı Nəqliyyat Agentliyi növbəti layihə həyata keçirib.

Agentlikdən Lent.az-a verilən xəbərə görə, mütəxəssislər Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev, Zahid Xəlilov, Əhməd Cəmil, Həsən Məcidov küçələrində əsaslı araşdırmalar apararaq və aşağıda göstərilən nəqliyyat problemlərini aşkarlayıb:

Əbdürrəhim bəy Haqverdiyev və Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən piyada keçidinin nizamlanmaması, eyni zamanda piyada intensivliyinin yüksək olması səbəbindən nəqliyyat axınına maneələrin yaranması;

Zahid Xəlilov və Əhməd Cəmil küçələrinin şimal və cənub hissələrinin birbaşa əlaqələndirmə imkanlarının olmaması;

Zahid  Xəlilov və Əhməd Cəmil küçələrinin Həsən Məcidov küçəsi ilə kəsişmələrinin nizamlanmaması - kəsişən yolların eyni xarakterə malik olması və nəqliyyat vasitələrinin artan intensivliyi səbəbindən mütəmadi olaraq yol nəqliyyat hadisələrinin baş verməsi;

Zahid  Xəlilov küçəsində (Bəxtiyar Vahabzadə  küçəsindən Ə. Haqverdiyev  küçəsinə kimi olan hissəsi) universitet, institut, məktəb, yaşayış binalarının yerləşməsi və yolun nəqliyyat təlabatına uyğun olmaması səbəbindən tıxacların yaranması.

Göstərilən problemlərin aradan qaldırılması məqsədilə BNA tərəfindən hazırlanmış layihə əsasında aşağıda göstərilmiş tədbirlər həyata keçirilib:

Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Zahid Xəlilov və Əhməd Cəmil küçələri ilə kəsişmələrində, Həsən Məcidov küçəsinin isə Zahid Xəlilov və 
Əhməd Cəmil küçələri ilə kəsişmələrində svetofor obyektləri quraşdırılıb;

Nəqliyyat ləngimələrinə səbəb olduğundan və yol nəqliyyat hadisələrinin baş vermə riskini artırdığından Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki mövcud geriyə dönmə yeri ləğv edilib;

Zahid Xəlilov küçəsində (Bəxtiyar Vahabzadə küçəsindən  Əbdürrəhim  bəy  Haqverdiyev küçəsinə kimi hissəsi) hərəkət birtərəfli təşkil edilib.

Nəticədə ərazidə nəqliyyat sıxlıqları aradan qaldırılıb, yol kəsişmələrində hərəkət növbəliliyi təmin edilib və piyadaların və nəqliyyat vasitələrinin rahatlığı və təhlükəsizliyi təmin edilib.

Əhməd Cəmil və Zahid Xəlilov küçələrinin şimal və cənub hissələri əlaqələndirilib.

BNA mərkəzi küçələrdə problemləri aradan qaldırdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Mehman Nəbiyev

Oxşar yazılar