Günorta saatları olmasına baxmayaraq, Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, hazırda paytaxıtn tıxac olan yolları bunlardır:
1. Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər,Hökumət Evi istiqamətində)
2. Tbilisi prospekti – Əsas yol - (Heydər Əliyev İdman Sarayını keçdikdən sonra,20 Yanvar dairəsi istiqamətində)
3. Abbasqulu ağa Bakıxanov küçəsi (Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti)
4. Ağa Nemətulla küçəsi – Əsas yol və Köməkçi yol - (Heydər Əliyev prospekt ilə kəsişmə istiqamətindən başlayaraq, Təbriz küçəsi ilə kəsişmə, eyni zamanda Nəriman Nərimanov metro stansiyası istiqamətində)
5. Ziya Bünyadov prospekti - (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı - Əsas yol və Köməkçi yol,20 Yanvar dairəsi istiqamətində)