Bakının bu küçə və prospektlərində sürət həddi azaldılır - FOTO
16 mart 2023 15:59 (UTC +04:00)

Bakının bu küçə və prospektlərində sürət həddi azaldılır - FOTO

Bakıda bəzi küçə və pospektlərdə sürət həddi endirilir.

Lent.az xəbər verir, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

O qeyd edib ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir:

"Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb.

Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq.

Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq".

# 2124
avatar

Oxşar yazılar

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00
Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39