Bakını su basmasına "Azərsu"dan  MARAQLI CAVAB
28 sentyabr 2021 17:29 (UTC +04:00)

Bakını su basmasına "Azərsu"dan MARAQLI CAVAB

"Bu gün kanalizasiya kollektorları, kanalizasiya nasos stansiyaları intensiv yağıntı zamanı izafi yüklənib".

Bu sözləri Lent.az-a açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, bu səbəbdən də bəzi ərazilərdə su yığılmaları müşahidə olunub:

"Azərsu" tərəfindən avqust ayından başlayaraq kanalizasiya xətləri, kollektorları, yağış barmaqlıqları, baxış quyularının tənzimlənməsinə başlanılıb və onlar hazırda tam işlək vəziyyətdədir.

Qeyd edim ki, səhər saatlarından etibarən ərazidə çalışan əməkdaşlarımız və qəza briqadaları yaranmış problemlərin həlli istiqamətində lazımi tədbirləri görürlər".

A.Cəbrayıllı əlavə edib ki, şəhərdə ayrılmış yağış suları xətləri çox az bir ərazini əhatə edir. Buna görə də yaranmış səth sularının böyük hissəsi kanalizasiya xətlərinə axıdılır:

“Azərsu” yağış sularının axıdılmasına cavabdeh qurum deyil. “Su təchizatı və tullantı suları haqqında” qanunun 39-cu maddəsində göstərilir ki, yağış sularının ümumi istifadədə olan kanalizasiya sistemlərinə axıdılması qadağandır”.

# 12042
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar