Bakıdan Naxçıvana  birbaşa uçuşlar bərpa edildi
09 mart 2026 12:03 (UTC +04:00)

Bakıdan Naxçıvana birbaşa uçuşlar bərpa edildi

0

Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.

Bu barədə Lent.az-a AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.

AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli:

 

Reys

 

Bakıdan qalxma

 

Naxçıvandan qalxma

J2 2251 / 2252

18:00

20:00

J2 2253 / 2254

19:00

21:00

J2 2255 / 2256

20:00

22:00

J2 2257 / 2258

21:00

23:00

 

Qeyd edilib ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

"AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar", - AZAL-dan bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar