AZAL Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 saylı Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.
Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib.
Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək.