“Sakinlərin şikayəti əsasında iki hündür binanın yanında tikinti aparılan əraziyə baxış keçirilib. Nəticədə qanunsuz tikinti aşkarlanaraq söküntü qərarı verilib”.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bas Dövlət Tikinti Müfəttişliyinin Nəsimi rayon müfəttişi Faiq Sadıqov deyib.
F.Sadıqov bildirib ki, tikinti üçün verilmiş göstəriş və qərarlara əməl edilməyinə görə söküntü həyata keçirilir: “Söküntü işləri Nəsimi Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə aparılır. Torpağın çıxarış və ya şəhadətnaməsinin olmasına baxmayaraq, tikinti qanuna uyğun həyata keçirilməlidir. Bura da isə layihədən kənar, razılaşdırılmamış, qeyri-qanuni tikinti işləri aparılır. Ona görə söküntü işlərinə qərar verilib”.
Qeyd edək ki, Bakıda hazırda söküntüsü aparılan binanın qeyri-qanuni tikilməsi və ətrafda yaşayan sakinlərə problem yaratması barədə APA TV reportaj hazırlayıb.
APA TV-nin sentyabrın 6-da efirə getmiş reportajında sakinlərin şikayətləri dinlənilib, onların üzləşdiyi problemlər işıqlandırılıb.
***
Bakıda qanunsuz tikilməkdə olan yaşayış binası sökülür.
Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu C. Məmmədquluzadə küçəsi 998-ci məhəllə, “Altes Plaza”nın yanında qanunsuz inşası aparılan binanın sökülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri gəlib.
Artıq binanın sökülməsinə başlanılıb.