Bakıda və bu şəhərlərdə  su problemi   yaranacaq - RƏSMİ
08 sentyabr 2023 18:44 (UTC +04:00)

Bakıda və bu şəhərlərdə su problemi yaranacaq - RƏSMİ

Son günlər regionlarda müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işləri ilə əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barrədə Lent.az-a "Azərsu" ASC-dən məlumat verilib.

# 6000
avatar

Oxşar yazılar