Bakıda su sayğacı ilə bağlı yeni FIRILDAQÇILIQ  - FOTO
21 sentyabr 2022 12:29 (UTC +04:00)

Bakıda su sayğacı ilə bağlı yeni FIRILDAQÇILIQ - FOTO

Bakının Nəsimi rayonunun ərazisində “Azərsu”  ASC-nin abonentinə qarşı dələduzluq faktı aşkarlanıb.

ASC-dən Lent.az-a verilən xəbərə görə, özlərini Elnur və Namiq kimi təqdim edən şəxslər Nəsimi rayonu 20 Yanvar küçəsi 25, mənzil 15 ünvanında yaşayan abonentdən 10 il müddətində yaşadıqları ünvana sayğac quraşdırılmaması müqabilində 50 manat alıblar. Həmin şəxslər vətəndaşı bu qanunsuz əmələ inandırmaq üçün Rüstəmov Namiq Ruslan oğlunun adına olan kassa mədaxil qəbzi də təqdim ediblər. Verilmiş qəbzin üzərində vətəndaşın yaşadığı ünvan deyil, 133-cü bina 5-ci mənzil göstərilib. Qəbzin arxa hissəsində 10 il ərzində sayğacın quraşdırılmayacağı barədə qeyd də yazılıb.

“Azərsu” ASC olaraq bildiririk ki, bu cür hallar tamamilə qanunaziddir, hər hansı ödənişin müqabilində sayğacın quraşdırlmaması kimi xidmət mövcud deyil. Bir daha abonentlərin diqqətinə çatdırırıq ki, mənzillərə yaxınlaşan və özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxslərdən mütləq qaydada xidməti vəsiqə tələb etsinlər. Xidməti vəsiqə təqdim etməyənlərin tələblərini yerinə yetirməsinlər və suallarını cavablandırmasınlar. Belə qeyri-qanuni əməllərlə rastlaşdıqda və şübhə doğuran hallarla qarşılaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər.

Abonentlərdən xahiş olunur ki, yaşadıqları ünvana yaxınlaşan “Azərsu” ASC-nin əməkdaşları da daxil olmaqla heç kimə nağd pul ödəməsinlər, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.

# 2451
avatar

Oxşar yazılar

Azərbaycanda COVID-ə yoluxanların  SON STATİSTİKASI

Azərbaycanda COVID-ə yoluxanların SON STATİSTİKASI

8 dekabr 2022 , 21:08
“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

8 dekabr 2022 , 12:09
3 rayon susuz qaldı - SƏBƏB

3 rayon susuz qaldı - SƏBƏB

8 dekabr 2022 , 09:56