Bakıda şagird koronavirusa yoluxdu, sinif isə... - RƏSMİ
12 oktyabr 2021 17:23 (UTC +04:00)

Bakıda şagird koronavirusa yoluxdu, sinif isə... - RƏSMİ

Bakı şəhəri 192 saylı məktəbin 10-cu sinif şagirdi koronavirusa yoluxub.

Bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, 192 nömrəli tam orta məktəbin bir X sinif şagirdi COVİD-19 infeksiyasına yoluxsa da, digər şagirdlərlə təmasda olmadığına görə həmin sinifdə və məktəbdə əyani təhsil davam edir.

Məlumatda qeyd edilib ki, paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksinasiya prosesinə qoşulub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

# 5292
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar