Bakıda məşhur restoran və kafelər  CƏRİMƏLƏNDİ   -  SİYAHI
31 avqust 2021 16:19 (UTC +04:00)

Bakıda məşhur restoran və kafelər CƏRİMƏLƏNDİ - SİYAHI

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 30-da ölkə üzrə 412 ictimai iaşə obyektində 697 monitorinq keçirib.

Qurumdan Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Tağıyev küç., ev 16/18 ünvanında yerləşən, fiziki şəxs Mustafazadə Eşqin Hafiz oğluna məxsus “Yoshı Sushı” kafesi;

2. Bakı şəhəri, Binəqədi rayonu, İ. Cümşüdov küç., 6 mkr, ev 3248 ünvanında yerləşən, fiziki şəxs Kərimli Kənan Əzim oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən, hüquqi şəxs "Resant Group" MMC-yə məxsus restoran;

4. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küç., ev 44 ünvanında yerləşən, hüquqi şəxs "Groupone" MMC-yə məxsus “Paul” restoranı;

5. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küç., ev 44 ünvanında yerləşən, hüquqi şəxs "Fryday" MMC-yə məxsus “Fryday” kafesi;

6. Bakı şəhəri, Nizami rayonu, Qarayev pr. 2529 ünvanında yerləşən, fiziki şəxs Salahov Aqşin Ağamirzə oğluna məxsus dönər evi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2334
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar