Bakıda məktəb niyə bağlandı? - Binaları söküblərmiş :  ÖZƏL
22 iyun 2021 11:55 (UTC +04:00)

Bakıda məktəb niyə bağlandı? - Binaları söküblərmiş : ÖZƏL

2020-2021-ci tədris ili ərzində Bakı şəhərində 304 nömrəli məktəbin fəaliyyətini dayandırma səbəbi məlum olub.

Lent.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qurum əvvəlki illərdə olduğu kimi hazırda da təhsilin keyfiyyətinin artırılmasına xidmət edən mövcud məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində işləri davam etdirilir:

"Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılmasına səbəb ətrafında yerləşən yaşayış binalarının sökülməsi, əhalinin başqa yerlərə köçməsi və nəticədə həmin təhsil müəssisəsində təhsil alan şagirdlərin sayının kəskin şəkildə azalmasıdır.

304 nömrəli məktəb-liseydə təhsil alan şagirdlərin valideynlərinin arzuları nəzərə alınmaqla, orada təhsil alan şagirdlərin yaxın məktəblərə köçürülməsi, həmçinin pedaqoji heyətin digər məktəblərdə yerləşdirilməsi təmin edilib".

Məlumatda qeyd edilib ki, Bakı şəhərində ümumi təhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində bəzi məktəblərin uzun illər potensial şagird tutumundan dəfələrlə az şagird sayı ilə fəaliyyət göstərdiyinə və perspektivdə şagirdlərin artımı proqnozlaşdırılmadığına görə fəaliyyəti dayandırılır:

"Bəzən isə ərazi baxımından yaxın yerləşən məktəblər şagird sayının balanslaşdırılması və idarəetmənin təkmilləşdirilməsi üçün birləşdirilir".

Əlavə edək ki, sözügedən məktəb paytaxtın Nərimanov rayonunda yerləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3228
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar