Bakıda bir marşrut xəttinin hərəkət qrafikində müvəqqəti dəyişiklik olub.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, İlqar Zülfüqarov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq edilib. Bu səbəbdən 11 saylı marşrutun hərəkət sxemi müvəqqəti olaraq Xudu Məmmədov küçəsi – Gəncə prospekti – Sadıqcan küçələri ilə təşkil olunub.