Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Lent.az "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Binəqədidə koronavirusa yoluxma 14.5 faiz, Xətaidə 13.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.8 faiz, Suraxanıda 8.5 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 7.8 faiz, Qaradağda 4.4 faiz, Səbaildə 4.9 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.
Qeyd edək ki, elə ölkə üzrə də ən çox yoluxma(49.9 faziz) paytaxtdadır.