Bakıda havada dəm qazının miqdarı normadan 1,7 dəfə yüksək olub
27 may 2023 03:35 (UTC +04:00)

Bakıda havada dəm qazının miqdarı normadan 1,7 dəfə yüksək olub

Gün ərzində Bakı şəhəri üzrə havada dəm qazının miqdarı normadan 1,7, dispers toz hissəciklərinin miqdarı 1,2, kükürd qazı 1,1, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1,3 dəfə yüksək olub.

Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram kanalına istinadla xəbər verir ki, müşahidə olunan toz transsərhəd xarakterlidir. Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526
avatar

Oxşar yazılar