Bakıda ən isti və soyuq il hansı olub? - Umayra Tağıyeva  AÇIQLADI
08 yanvar 2021 17:05 (UTC +04:00)

Bakıda ən isti və soyuq il hansı olub? - Umayra Tağıyeva AÇIQLADI

Bakıda son illər ərzində ən isti temperatur 2018-ci ildə müşahidə edilib. 

Lent.az məlumat verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, həmin vaxt qeydə alınan ən yüksək temperatur 44 dərəcə olub:

"Ən soyuq hava şəraiti isə 2012-ci ilin fevralında olub. Sözügedən ildə Bakıda rekord göstərici fevralın 8-də -11 dərəcə olmaqla qeydə alınıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2853
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar