Bakıda daha bir yolda işıqfor quraşdırıldı
05 fevral 2021 10:22 (UTC +04:00)

Bakıda daha bir yolda işıqfor quraşdırıldı

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə Nizami rayonu, Bəkir Çobanzadə və Cəmşid Naxçıvanski küçələrinin kəsişməsində svetofor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, nəticədə kəsişmədə kilidlənmiş tıxacların yaranması ehtimalı azaldılıb, növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib.

Nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi də təmin edilib.

# 2265
avatar

Oxşar yazılar