Azərbaycanda daha bir tələbə vəfat edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı Dövlət Universitetində Biologiya fakültəsinin 3-cü kurs tələbəsi Dedeyeva Bənövşə Rəcəb qızı beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
Əldə etdiyimiz məlumata görə, tələbənin qəfil başı ağrıyıb və sonra komaya düşüb. Xəstəxanaya yerləşdirilən Bənövşə Dədəyeva orada vəfat edib.
Qeyd edək ki, B.Dedeyeva bu gün doğulduğu Zaqatala rayonu, Əliabad qəsəbəsində dəfn edilib.
Bakı Dövlət Universitetindən də Lent.az-a bildirilib ki, universitetin Biologiya fakültəsinin III kurs tələbəsi Bənövşə Rəcəb qızı Dedeyeva beyində damar genişlənməsi səbəbindən rəhmətə gedib.
Allah rəhmət eləsin!
Həmin tələbə qız