Bakıda bu yol tam BAĞLANIR
24 oktyabr 2025 12:13 (UTC +04:00)

Bakıda bu yol tam BAĞLANIR

0

Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılır.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, məhdudiyyət aparılacaq təmir işləri ilə əlaqədardır. Buna görə 25 oktyabr saat 00:00-dan etibarən yol tam bağlanacaq.

AAYDA-dan bildirilib ki, sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar