Bakıda bu universitetdə geyimlə bağlı QADAĞA VAR - AÇIQLAMA
08 iyun 2022 09:52 (UTC +04:00)

Bakıda bu universitetdə geyimlə bağlı QADAĞA VAR- AÇIQLAMA

Azərbaycan Tibb Universitetində kitabxanaya giriş üçün geyim qaydası tətbiq edilir.

Lent.az xəbər verir ki, kitabxananın girişində tələbələrin nəzərinə çatdırılan elan asılıb.

Belə ki, elanda ictimai qaydalara uyğun olaraq kitabxanaya qısa şalvarda (şortik), maykada girmək qəti qadağan olduğu yazılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə ağlı ATU-nun mətbuat katibi Günel Aslanova Lent.az-a açıqlama verib.

O bildirib ki, bu cəmiyyətin qaydalarına bir dəvətdir:

“İlk olaraq, məlumat üçün deyim ki, tələbələrimizin çoxsaylı müraciətləri nəzərə alınaraq, ATU-nun Əsaslı Kitabxanası may ayından etibarən 24 saatlıq rejimdə fəaliyyət göstərir. Bu o deməkdir ki, gecə saatlarında da ziyarətçilərimiz olur.

Tələbələrin kitabxanaya qısa şalvarda, şortikdə və maykada gəlməmələri qeyd olunub.. Yayılan elana açıqlama olaraq bildirirəm ki, burada qeyri-adi hal yoxdur. Bu tamamilə cəmiyyətin qaydalarına bir dəvətdir. Hətta ictimai yerlərdə geyim qaydalarına uyğun olan normativlər var. Bura təhsil müəssisəsidir. Daxili nizam-intizam qaydası var. Bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz geyim məsələsinə tələbələrin davamiyyəti kimi yanaşırıq. 

Dünyanın ən demokratik hesab olunan dövlətlərində belə ictimai, iş yerlərində və təhsil müəssisələrində müəyyən “dress code”lara əməl olunur. Biz bir tələbənin istədiyi kimi geyinməsinə görə, digərlərini heçə saya bilmərik”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5529
avatar

Fidan İlqar

Oxşar yazılar