Bakıdakı 20 saylı məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən Lent.az-a bildirilib ki, 20 saylı məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiqlənib. COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması da qeydə alınıb.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
***
saat 13:07
Bakı şəhəri 20 saylı məktəb-lisey distant təhsilə keçib.
Bu barədə Lent.az-a məktəb-liseydə təhsil alan şagirdlərin valideynləri məlumat verib.
Bildirilib ki, məktəbdə müəllim və şagirdlər arasında koronavirus infeksiyasına yoluxma qeydə alındığından dərslərin distant keçirilməsinə qərar verilib.