Bakıda BÖYÜK TƏHLÜKƏ:  Marka adı ilə satılan saxta içkiləri necə ayıraq ? - ARAŞDIRMA
10 fevral 2022 19:01 (UTC +04:00)

Bakıda BÖYÜK TƏHLÜKƏ: Marka adı ilə satılan saxta içkiləri necə ayıraq ? - ARAŞDIRMA

Son zamanlar arxa-arxaya saxta spirtli içki istehsal edən sexlər aşkarlanır. Nələr baş verir? Bu sexlər həmişə var idi indi aşkarlandı, yoxsa yeni yaradılıblar? 

Yazıda bu suallara cavab tapmağa çalışacağıq. Heç də gizlin deyil ki, müxtəlif iaşə obyektlərində Rusiya arağı adı altında gizli sexlərdə hazırlanmış saxta məhsullar satılır. Hətta kustar üsulla hazırlanan keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli araqların və yaxud digər spirtli içkilərin üzərinə məşhur markaların vurularaq baha qiymətə satılması faktları da var. 

Bəs, saxta içkini necə müəyyən etmək olar? Ümumiyyətlə, saxta içki insan orqanizminə necə təsir edir?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, spirtli içki ölkəyə gətiriləndə heç bir dövlət orqanı keyfiyyəti yoxlamır:

“Ölkənin əmtəə bazarında spirtli içki seqmenti həddindən artıq məhv olmuş vəziyyətdədir. Brend dükanlarda, restoranlarda belə dünyanın ən məşhur markalarının saxta spirtli içki variantları mövcuddur. Təəssüflər olsun ki, heç bir dövlət orqanı keyfiyyəti yoxlamır.

Əksər insanlar düşünür ki, içki uzun zaman qaldıqda daha yaxşı olur. Bu hal yalnız xüsusi şəraitdə, qablarda, temperaturda saxlanılan məhsullara aiddir. Amma spirtli içkilərin də saxlama müddəti var. Araqların yaralılıq müddəti bir ildən artıq deyil və yaxud konyaklar 3 il, şərabların isə 6 aydan artıq yararlılıq müddəti var. Lakin ölkənin əmtəə bazarında dəfələrlə apardığımız monitorinqlərdə şahidi olmuşuq ki, spirtli içkilərin demək olar ki, 90 faizinin üstündə yaralılıq müddəti yazılmayıb”.

Sədr spirtli içkidə sivuş adlanan yağın miqdarı artdıqda insanı zəhərlədiyini vurğulayıb:

“Təəssüf ki, spirtli içkinin saxtalığını bilmək asan deyil. Sadəcə üzərində aksiz markasına, buraxılma və son istifadə müddətinə baxılmalıdır. Spirtli içkinin yararlılıq müddəti bitdikdən sonra onun tərkibindəki sivuş yağlarının miqdarı getdikcə artır və insanlar da bundan zəhərlənə bilir.
Bu baxımdan istehlakçılar spirtli içkilər alarkən onun üzərindəki yaralılıq müddətinə, markasına mütləq  şəkildə baxmalı, diqqət etməlidir”. 

Eyyub Hüseynov qeyd etdi ki, saxta içkilər xarici ölkələrdən də Azərbaycana (əsasən Dağıstandan, Rusiyadan) gətirilir. Və bu da bəzi hallarda ölümlə nəticələnir, bəzi hallarda isə insanların həyatında sağalmaz izlər qoyur.

Bunlarla yanaşı saxta içkini müəyyən etməyin yolları ilə bağlı bir çox üsullar səslənib. Onlardan bəzilərini təqdim edirik: 

Belə ki, içki alarkən alıcı mağazada birinci növbədə onu möhkəm çalxalamalıdır. Bu zaman əgər butulkanın içində iri qabarcıqlar əmələ gələrsə, bu malın keyfiyyətinin itirməsini göstərir. Əksinə xırda qabarcıqlar görünürsə onda içki keyfiyyətlidir.

Bundan başqa, saxta içkini etiketlərdən də ayırmaq mümkündür. Saxta etiketlər tam dəqiq, düz vurula bilmir, keyfiyyəti fərqlənir. Mütəxəssislər bildirirlər ki, kustar üsulla, ev şəraitində hazırlanan məhsulun butulkasında, boğaz hissədə, qapağın yerləşdiyi yerdəki boşluq xəttində üzük formasında maska deyilən iz qalır, buna səbəb isə məhsul hazırlanarkən təmizlənmiş sudan istifadə edilməməsidir. Adi suyun tərkibində duz olduğuna görə orada iz buraxır. Zavod şəraitində isə su tamamilə duzdan təmizləndiyinə görə həmin iz qalmır, keyfiyyətli arağın rəngi ağ olur, aseton iyi verməməli, iyindən bilinməlidir.

Eyni zamanda, Spirtli içkilər hazırlanarkən onların tərkibinə etanol adlı kimyəvi maddə qatılır. Saxta spirtli içkilər hazırlanarkən isə, onların tərkibinə daha ucuz başa gələn texniki spirt qatılır. Bu da zəhərlənməyə və ağır xəstəliklərin yaranmasına gətirib çıxarır.

Saxta içkilərin insan orqanizminə necə təsir edir?

Mütəxəssislər bildirir ki, alkoqol xərçəng, qaraciyər, ürək-damar və s. kimi ciddi xəstəliklərin yaranmasına gətirib çıxarır. Bundan əlavə ürəyin işemik xəstəliyi və beyin-damar xəstəliyinin inkişafı da nəzərə çarpan xəstəliklərindəndir. Ümumdünya Səhiyyə Nazirliyinin məlumatına görə, spirtli içkilərdən istifadəsinin ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, qaraciyər, yoğun bağırsaq, düz bağırsaq və süd vəzi xərçəngi ilə bağlılığına dair kifayət qədər sübutlar var. Bu içkilər saxta olduğu zaman isə təhlükənin miqyası daha çox artır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3975
avatar

Fidan İlqar

Oxşar yazılar