Uşaq bağçası
19 fevral 2021 18:02 (UTC +04:00)

Uşaq bağçası

Bakıda bağçalara uşaq qəbulu dayandırıldı - SƏBƏB

Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) uşaq qəbulu müvəqqəti dayandırılıb.

APA-nın əldə etdiyi məlumata görə, bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı APA-ya təsdiqləyiblər.

Xatırladaq ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib. 

# 3753
avatar

Oxşar yazılar