Bakıda 7 marşrut xəttinin istiqaməti dəyişdirilir - SƏBƏB
15 iyun 2021 10:46 (UTC +04:00)

Bakıda 7 marşrut xəttinin istiqaməti dəyişdirilir - SƏBƏB

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.  

Mövsümi xarakterli dəyişikliyə əsasən, iyunun 16-dan, 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək, 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək, 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək, 189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.

# 2325
avatar

Oxşar yazılar