Bakıda 68 yaşlı ana 14 yaşlı övladından imtina edib.
Bu barədə Lent.az-a Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, qadın 14 yaşlı qızı qeyri-rəsmi övladlığa götürüb:
"Qadın 68 yaşındadır. Bildirib ki, qızı 14 yaşındadır. Qeyri-rəsmi övladlığa götürüb. Bu günə qədər uşağa hələ də vəsiqə almayıb. Məsələ ilə bağlı ananı Sosial Xidmətlər Agentliyinə istiqamətləndirdim. Hazırda işlə bağlı araşdırma gedir".