Bakıda 17 marşrut GECİKİR
18 iyul 2022 18:52 (UTC +04:00)

Bakıda 17 marşrut GECİKİR

Vahid Dispetçer Xidmətinin bu axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 17 müntəzəm marşrut xətti üzrə 43 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib verilib.

1. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 37, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-13 dəqiqə gecikmə müşahidə olunur.

2. Bakı-Şamaxı yolu Hökməli dairəsi istiqamətində və əks istiqamətdə 114A və 114B nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur.

3. Binəqədi şosesi-Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli marşrut xətlərindəki avtobuslarası intervallarda 9-16 dəqiqə gecikmə müşahidə olunur.

4. Həsən Əliyev küçəsi Tiblisi prospekti istiqamətində 6, 13, 81 və 65 nömrəli marşrut xətlərindəki avtobuslarası intervallarda 15-17 dəqiqə gecikmə müşahidə olunur.

5. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.

# 1092
avatar

Oxşar yazılar