Bakının 13 məktəbində dərslərin dayandırılması barədə məlumat yayılıb.
Mövzu ilə əlaqədar Lent.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qurumun tabeliyindəki təhsil müəssisələrində aparılan əsaslı və cari təmir işləri ilə bağlı 17, 71, 95, 106, 114, 126, 137, 146, 269, 299, 307, 321, 322 nömrəli tam orta məktəblərdə dərslər distant formada davam etdirilir: "Şərait imkan verdiyi təqdirdə ibtidai siniflərdə hibrid formadan istifadə edərək tədris təmin oluna bilər".