Bakıda 10 heyvan kəsimi məntəqəsi  CƏRİMƏLƏNDİ  - SİYAHI
24 iyun 2021 16:05 (UTC +04:00)

Bakıda 10 heyvan kəsimi məntəqəsi CƏRİMƏLƏNDİ - SİYAHI

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin iyunun 24-də Bakı şəhərinin Pirallahı və Xəzər rayonları üzrə keçirdiyi monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Agentlikdən Lent.az-a verilən məlumata görə, həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Pirallahı rayonu üzrə:

1. Bakı şəhəri, Pirallahı rayonu,Səməd Vurğun küç. 14 ünvanında yerləşən, fiziki şəxs Alyarov Səyavuş Müsavi oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Pirallahı rayonu, Kamil Rzayev küç. 40 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Cəfər Eyyub oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Pirallahı rayonu, Kamil Rzayev küç. 6 ünvanında yerləşən, fiziki şəxs Atakişiyev Laçın Atakişi oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Pirallahı rayonu, Əzizbəyov küç.17 ünvanında yerləşən, fiziki şəxs Əliyev Rafiq Bulud oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Pirallahı rayonu, Əzizbəyov küç. 90 ünvanında yerləşən, fiziki şəxs Həsənov Arif Şahlar oğluna məxsus heyvan kəsimi məntəqəsi;

6. Bakı şəhəri, Pirallahı rayonu, Yavər Əliyev küç. 26 ünvanında yerləşən , fiziki şəxs Məmmədli Qoşqar Qnyaz oğluna məxsus heyvan kəsimi məntəqəsi;

7. Bakı şəhəri, Pirallahı rayonu, Süleyman Bağırov küç. 3 ünvanında yerləşən, fiziki şəxs Səfərov Zaur Faiq oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Xəzər rayonu üzrə:

1. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəs., Şirvani küç.3 ünvanında yerləşən, fiziki şəxs Əzimov Oktay İsmayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəs., Xanlar küçəsində yerləşən , fiziki şəxs Bayramov Ənnağı Mahir oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəs., Şirvani küçəsində yerləşən, fiziki şəxs Hüseynov Azər Əmir oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2010
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar