Bakı və Abşeronun bəzi hissələrinə içməli suyun verilməsində fasilə yaranacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən xəbərə görə, fasilə magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır. Buna görə də, yanvarın 12-i gün ərzində Abşeron rayonu Novxanı, Goradil, Mehdiabad Sabunçu rayonu Kürdəxanı, və Pirşağı qəsəbələrinin bağ masssivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.