Bakı sakinlərinə  XƏBƏRDARLIQ
04 noyabr 2021 14:51 (UTC +04:00)

Bakı sakinlərinə XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olan toz-dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur.

Bunu Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib: "Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”.

G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

# 14547
avatar

Oxşar yazılar