Bakı metrosunda qatarların hərəkətində yubanma olub.
Bu barədə Lent.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, yubanmanın müddəti 12 dəqiqə olub:
"Xəttə verilən sınaq qatarında nasazlıq yarandığı üçün "Memar Əcəmi" stansiyasına köməkçi qatar verilib. Köməkçi qatardan sərnişinlər düşürülüb. Sınaq qatarı xətdən çıxarılıb və ehtiyat qatar buraxılıb".