Bakı metrosunun "Şah İsmayıl Xətai" stansiyasındakı eskalatorun fəaliyyətində problem yaranıb.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, buna səbəb sərnişinlərdən biri təhlükəsizlik düyməsini sıxıb:
“Sözügedən eskalatorlar da müasir tiplidir. Onlar avtomatlaşdırılmış rejimdədir. Eskalatorun dayanması texniki səbəbdən olmayıb. İkinci dəfə olmasına səbəb də elə sərnişinin təkrarən təhlükəsizlik düyməsini sıxmasıdır”.