"Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb.
Bakı Metropolitenindən Lent.az-a verilən məlumata görə, təlimat qaydalarına uyğun baxış təyin edilib.
Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qarar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.
Hazırda problemin səbəbləri araşdırılır.
Əlavə məlumat veriləcək.