Növbədənkənar prezident seçkiləri ilə bağlı saxlanılan şəxslərin səs verməsi davam edir.
Lent.az APA-ya istinadən xəbər verir ki, səsvermə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında aparılır. 39 saylı seçki məntəqəsinin sədri Saməddin Bağırov APA-ya açıqlamasında bildirib ki, məntəqə üzrə 1016 nəfər saxlanılan şəxs qeydiyyatdadır. Səs vermə qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
***
09.56
Növbədənkənar prezident seçkiləri ilə bağlı Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslər səsvermədə iştirak edir.
APA xəbər verir ki, saxlanılan şəxslər 29 saylı Sabunçu seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə səs verirlər. 38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev qeyd edib ki, məntəqə üzrə 1362 saxlanılan şəxs qeydiyyatdadır.