Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da peyvənd olunub.
Lent.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib. Milli Məclisin keçmiş vitse-spikeri bunun peyvəndləmənin birinci mərhələsi olduğunu deyib:
"Peyvəndləmənin birinci mərhələsini keçdik. Daha az zərərlə pandemiyanı da arxada qoymaq arzusu ilə xalqımıza və dövlətimizə uğurlar arzu edirəm".