“Bağçalarda tədris hər gün olacaq, Bakıda, Sumqayıt Abşeronda və digər regionlarda hər gün uşaqlar bağçaya gedəcək”.
APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O qeyd edib ki, məktəbə gəlməyən şagirdlərlə bağlı vəziyyətdən, müəllimin dərs yükündən, şagirdlərin qrupundan asılı olaraq məktəb səviyyəsində qərar veriləcək.