Badamdardakı sürüşmənin baş vermə səbəbi AÇIQLANDI
29 yanvar 2021 10:04 (UTC +04:00)

Badamdardakı sürüşmənin baş vermə səbəbi AÇIQLANDI

“Ərazidə baş vermiş sürüşmə prosesi əsasən təbii amillərin təsirindən yaranıb”.

Lent.az-ın məlumatına görə, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, ərazinin geoloji quruluşunda iştirak edən süxurların yuyulmağa həssaslığı, maili yamacın olması, əraziyə yağan atmosfer yağıntıları bu prosesi qaçılmaz edib: “Hazırda tərəfimizdən tədqiqat işləri aparılır. Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə işlərimiz davam edir. Əraziyə başqa amillərin də təsiri var. Yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398
avatar

Oxşar yazılar