“Badamdarda sürüşmə ərazisində yüngülləşdirmə işləri gedir”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. O bildirib ki, artıq sürüşmə kütləsinin götürülməsinə başlanılıb:
“Sürüşmə kütləsinin bir hissəsi götürülüb. Axın kütləsinin yüngülləşdirilməsi ilə ərazidə stabilləşmə gedir. Hər gün orada monitorinqlər aparılır. Vəziyyət stabildir”.