Badamdardakı sürüşmə ərazisində SON VƏZİYYƏT
01 fevral 2021 11:19 (UTC +04:00)

Badamdardakı sürüşmə ərazisində SON VƏZİYYƏT

“Hazırda mütəxəssislərimiz tərəfindən Badamdar sürüşmə ərazisində monitorinqlər aparılır”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. O bildirib ki, hazırda sürüşmə ərazisində stabilləşmə yoxdur: “Vəziyyət mürəkkəb olaraq qalır. Sürüşmə qaşı hissəsində uçub tökülmələr müşahidə olunur. İstinad divarında zəif deformasiya var. Bəzi yerlərdə də zəif su çıxışları müşahidə olunmaqdadır ki, bu da təhlükəni doğuran faktorlardandır. 

Monitorinqlər sürüşmə qərarlaşana qədər davam edəcək. Hələ qərarlaşma yoxdur. Eyni zamanda zəif su çıxışlarının olması prosesin dinamikasında inkişafın olduğuna dəlalət edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Oxşar yazılar