“Azərsutikinti” xəstəxanasında nə baş verir? - YENİLƏNİB
17 yanvar 2022 18:44 (UTC +04:00)

“Azərsutikinti” xəstəxanasında nə baş verir? - YENİLƏNİB

Nizami Tibb Mərkəzi “Azərsutikinti” xəstəxanasının bağlanması və oradakı tibb işçilərinin işsiz qalması ilə bağlı məlumatlara aydınlıq gətirib. 

Mərkəzdən Lent.az-a bildirilib ki, sözügedən xəstəxananın hemodializ şöbəsi yerində saxlanılmaqla, 9 stasionar cərrahi əməliyyatla məşğul olan həkim-mütəxəssis 4 cərrah, 3 həkim-ginekoloq, 2 lor həkimi fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub. Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər.

Qeyd edək ki, sözügedən məsələlər ştat cədvəlinin tərtibatı zamanı nəzərə alınıb.

***

saat 17:50

Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Azərsutikinti” xəstəxanasının bağlanması ilə bağlı məlumatlar yayılıb.

Lent.az-ın məlumatına görə, yayılan məlumatlarda bildirilir ki, sözügedən xəstəxananın bağlanması nəticəsində onlarla tibb işçisi işsiz qalıb.

Sosial şəbəkələrdə xəstəxananın bağlanmasına etiraz edən həkimlərin də videomüraciəti yayılıb.

“Azərsutikinti” xəstəxanasından isə Lent.az-a bu barədə yayılan məlumatlar yalan olduğu bildirilib.

# 4374
avatar

Oxşar yazılar