"Azərsu"nun adından pul yığan  PEYDA OLDU:  uşaq bağçasından... - FOTO
25 aprel 2022 16:04 (UTC +04:00)

"Azərsu"nun adından pul yığan PEYDA OLDU: uşaq bağçasından... - FOTO

Əvvəllər də dəfələrlə özünü vəzifəli şəxs, yaxud hansısa qurumun əməkdaşı kimi edərək pul alan şəxslər barədə məlumatlar yayılıb. Onlara qarşı müxtəlif maddələrlə cinayət işi başlansa da, ifşa olunsalar da, təəssüf ki, bəziləri yenə bu çirkin əməldən əl çəkmir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonunda özünü “Azərsu”nun əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub. Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və “Azərsu”nun xidməti geyimində olan bu şəxs sahibkarlardan su sayğacının quraşdırılması və dəyişdirilməsi müqabilində pul tələb edirmiş. Həmin şəxs Nizami rayonu, R.Rüstəmov 50A ünvanında yerləşən özəl uşaq bağçasına 80 manata su sayğacının quraşdırılmasını təklif edib.

Bundan sonra bağçanın rəhbərliyi məsələ ilə bağlı “Azərsu”nun Nizami rayon Sukanal İdarəsinə müraciət edib. İdarənin əməkdaşları dərhal hadisə baş verən obyektdə olub. Həmin şəxs ərazidən uzaqlaşsa da, kamera görüntüləri əldə olunub. Ətrafda yerləşən obyekt və mənzillərin sahibləri də əvvəllər onlara qarşı belə halın baş verdiyini bildiriblər. Aşkar olunmuş fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

"Azərsu" bir daha vətəndaşların diqqətinə çatdırır ki, xidməti vəzifələrini yerinə yetirən əməkdaşlarımızdan vəsiqə tələb edilməli, heç bir halda onlara nağd pul ödənilməməlidir. Əməkdaşların və ya özünü “Azərsu”nun işçisi kimi təqdim edən şəxslərin qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal "955" Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.

Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3864
avatar

Oxşar yazılar