"Azəriqaz" İB-nin məsul şəxsləri Binəqədi sakinlərinin müraciətlərini dinlədi
20 iyul 2022 16:16 (UTC +04:00)

"Azəriqaz" İB-nin məsul şəxsləri Binəqədi sakinlərinin müraciətlərini dinlədi

Bu gün Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində növbəti "Səyyar qəbul otağı" vətəndaşların ixtiyarına verilib.

"Azəriqaz" İB-dən Lent.az-a verilən məlumata görə, görüşdə sakinlərin qaz sayğacının əvəzlənməsi, qaz kəmərinin yerinin dəyişdirilməsi və qazın limiti ilə bağlı ünvanladıqları sualları Birliyin məsul şəxsləri cavablandırıblar.

Bütün müraciətlər qeydiyyata alınıb. Aksiyada çıxış edən qəsəbə sakini Nurəddin Ağamalıyev son 2-3 il ərzində qazın verilişi ilə bağlı heç bir problemlərinin olmadığını bildirib. Xatırladaq ki, “Açıq mikrofon” aksiyaları davam edir. Növbəti aksiya 21 iyul paytaxtın Xətai rayonunda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166
avatar

Oxşar yazılar