“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®
08 dekabr 2022 18:39 (UTC +04:00)

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Azercell Telekom” MMC və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin dəstəklədiyi “Qadın Qaynar Xətti”nin fəaliyyətinin ilkin nəticələri açıqlanıb.

Dekabr ayının 8-i gender əsaslı zorakılığa qarşı fəallıq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın, “Azercell Telekom” MMC-nin və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəsmi nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə ölkəmizdə bu istiqamətdə görülən işlərin və maarifləndirilmənin vacibliyi vurğulanıb.

Bu tədbirlər çərçivəsində “Azercell”in təşəbbüsü və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin dəstəyi ilə cari ilin avqust ayında “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən yaradılan “Qadın Qaynar Xətti”nin fəaliyyətinin ilkin nəticələri də görüş zamanı təhlil edildi. Xidmətə müraciət edən qadınların əhəmiyyətli hissəsi psixoloji və fiziki zorakılığa məruz qalıb, ailədaxili və boşanma problemləri ilə üzləşib. Ümumilikdə, Qaynar Xəttə iki minə yaxın sorğu daxil olub və müraciət edənlərin yaş həddi 18-45 arasındadır.

Qeyd edək ki, “Qaynar Xətti”nin xüsusi ixtisaslaşdırılmış psixoloqları, sosial işçiləri və hüquqşunasları çətin həyat şəraitində olan qız və qadınlara 7/24 rejimində xidmət göstərir. Qaynar Xəttə zəng edən xanımlara ilkin yardım göstərilir, zəruri hallarda müraciət icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.

Xatırladaq ki, 2010-cu ildən etibarən “Azercell” uşaqların hüquqlarının müdafiəsi məqsədilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə “Uşaq Qaynar Xətt Xidməti”nin fəaliyyətinə də dəstək göstərir. “Azərbaycan Uşaq Qaynar Xətti” və “Qadın Qaynar Xətti”nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Oxşar yazılar