Tanınmış azərbaycanlı yumor ustası İdrak Mirzəlizadə maraqlı addım atıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Rusiyada yaşamaq hüququndan məhrum olunması haqda sənədi hərraca çıxarıb.
Məlumata görə, hərrac Mirzəlizadənin Balidəki konserti zamanı baş tutub. Sənəd 15 min dollara satılıb.
Xatırladaq ki, çıxışlarına görə Mirzəlizadə Rusiyada ömürlük arzuolunmaz şəxs hesab edilib.