Azərbaycanın quru sərhədləri açılır? - RƏSMİ CAVAB
07 iyun 2021 11:35 (UTC +04:00)

Azərbaycanın quru sərhədləri açılır? - RƏSMİ CAVAB

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanlarında  hansısa “mənbə”lərə istinadən iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bununla bağlı Lent.az-a bildirib ki, sərhədlərin açılmasına dair qərar Azərbaycan Resbublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

"Hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. Gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32241
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar