Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar yollardakı vəziyyət haqqında məlumat yayıb.
Agentlikdən Lent.az-a verilən məlumata görə, hazırda avtomobil yollarındakı vəziyyəti aşağıdakı kimidir:
1. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi yolu - Hazırda marşrut boyu zəif qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 4 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz qum səpilərək nəqliyyatın hərəkəti təmin olunur.
Xınalıq istiqamətində yol boyu qar yağır, 8 dərəcə şaxta var. Yolun 35-37 km hissələrində 0.6-1 metr arası qar var və bu qarın yoldan təmizlənməsi üzrə işlər yekunlaşmaq üzrədir.
2. Giləzi - Xızı yolu - Marşrut boyu zəif qar yağır, 5 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər aparılıb. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
3. Bakı - Qobustan yolu- Yağıntı yoxdur, güclü külək var. Şaxta 1-2 dərəcə təşkil edir. Yolun 35-45 km hissəsində buzlaşma əmələ gəlib. Hazırda bu hissədə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
4. Qobustan - Şamaxı - Muğanlı yolu - Şamaxı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5. Muğanlı - Ağsu - Yevlax yolu - Yolun Muğanlı-Ağsu-Göyçay hissəsinə zəif qar yağır, yolda qar yoxdur, Ağsu dolaylarında 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
6. Bakı - Ələt - Hacıqabul yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
7. Hacıqabul – Ucar – Yevlax yolu - Hacıqabul rayonu ərazisindən keçən hissədə yağış, Ucar və Yevlax rayonu keçən ərazilərdə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
8. Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi yolu - Yolun Tovuz-Qazax hissəsində sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
9. Muğanlı – İsmayıllı yolu - Qar yağır, 2-3 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 20-25 sm arasında dəyişir. Gün ərzində yol qardan təmizlənərək, buz bağlamış sahələrinə, əsasən də meşə zolağından keçən hissələrə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
10. İsmayıllı - Qəbələ - Oğuz - Şəki yolu - Qar yağır, İsmayıllı-Qəbələ rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 10-25 sm arasında dəyişir. Gün ərzində yol qardan təmizlənərək, buz bağlamış sahələrinə, eləcə də körpülərə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
11.Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd yolu - Zəif qar yağır, yolda qar yoxdur, Şəki və Qax rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
12. Yevlax – Şəki (Göybulaq) yolu - Şəki rayonu ərazisində zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
13. Gəncə-Daşkəsən-Xoşbulaq yolu - Marşrut boyu qar yağır. 5-6 dərəcə şaxta var. Yol qardan təmizlənərək, qum-duz səpilib. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
14. Şəmkir - Gədəbəy yolu - Marşrut boyu qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənərək, qum-duz səpilib. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
15. Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi yolu - Yolun Lənkəran-Astara hissəsinə sulu qar və qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
16. Masallı – Yardımlı yolu - Qar yağır, şaxta yoxdur. Gün ərzində yol qardan təmizlənərək, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
17. Lənkəran – Lerik yolu - Qar yağır, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənərək, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
18. Hacıqabul – Bəhramtəpə – Horadiz yolu - Yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.