“Hələ ki, qapanmalara ehtiyac yoxdur, vəziyyət nəzarət altındadır. Son dörd həftədə koronavirusa yoluxanların 40 faizi Omicrona yoluxanlardır.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, artıq Azərbaycanda da koronavirusun Omicron ştamı geniş yayılmaqdadır: “Digər ştamlardan fərqli olaraq onun yoluxduruculuğu daha üstündür. Bununla bağlı rəqəmlər artmaqdadır. Ona görə hər kəs maska rejiminə, sosial məsafəyə riayət etməlidir”.