Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması nəzərdə tutulur.
Lent.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi qeyd edib ki, pandemiya hələ bitməyib:
“Yəqin ki, Operativ Qərargahın bu məsələ ilə bağlı qərarı olacaq”, - deyə Ş. Mövsümov vurğulayıb.
Xatırladaq ki, ötən ay Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.